"Bütün şou-biznesin maskasını açacam" - Xatun

"Bütün şou-biznesin maskasını açacam" -  Xatun
2371 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Xatun Əliyeva xalq artisti Aygün Kazımovanı parodiya edib.

Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin onlarla” verilişinə müsahibəsində Kazımovadan bəhrələndiyini söyləyib:

“Bəzi müğənnilər kimi orijinal olmaqdansa, çakma Aygün olmaz yaxşıdır. Hər kəsdə bir az Aygün Kazımova olmaq hissi var. Hətta muğam oxuyanlarda da. Aşıq ifaçıları da Aygünlün etmək istəyir. Sənətkara toxunmaq olmaz, hamımızın bəhrə yeridir. Hər kəs ondan bəhrələnir”.

Yaradıcılığından danışan Xatun bildirib ki, sentyabrda yeni bir layihə ilə geri qayıdacaq:

"Bütün şou-biznesin maskasını mən açacam. Hər an həmkarlarımın ruhu bədənimə girə bilər. İnsanlar Xatunun cəsarətini görəcək".