Canalan gözlərin canyaxan dərdləri

Canalan gözlərin canyaxan dərdləri
1391 dəfə oxunub
  • A-
  • A
  • A+

Göz ən mühüm və eyni zamanda ən incə duyğu orqanlarından biridir. O insan həyatında ən başlıca rol oynayır. Çünki göz vasitəsilə biz ətrafdakı əşyaları görür, rənglərin çalarlarını seçirik, bir sözlə, həyatın gözəlliyini duyuruq. Göz çox zərif olduğundan özünə qarşı son dərəcə diqqətli olmağı tələb edir. İnsanın görmə qabiliyyəti 9-11 yaş arasında formalaşır. Bu müddət ərzində gözlərdə hər hansı bir problem yaranarsa onun müalicəsini də həmin yaşlarda etmək məsləhətdir. Tibb elmində müxtəlif göz xəstəlikləri mövcuddur. İnsanlar isə ən çox göz zəifliyindən
əziyyət çəkirlər.

Axşam.az xarici KİV-ə istinadən göz xəstəlikləri və onlardan qorunmağın üsullarını təqdim edir:

Göz zəifliyi üç yerə bölünür: meyopeya, hipermetrapiya və astikmatizm. Meyopeya xəstələri uzağı pis görür və işarəsi mənfidir. Meyopeya 8-12 yaşında olan uşaqlarda aşkar edilir. Yaş artdıqca meyopeyada artır. Televizora və ya kompüterə çox baxmaq, zəif işıqda oturmaq və vaxtsız qidalanmaq meyopeyaya səbəb olan amillərdir. Hipermetrapiya xəstələri yaxını pis görür və işarəsi müsbətdir. Hipermetrapiyaya ən çox balaca uşaqlarda rast gəlinir. Bu vaxt uşaqlar kitab oxuyanda onların gözləri sulanır və göynəyir. Astikmatizm xəstələrində isə qarışıq olur. Onlar həm yaxını, həm də uzağı zəif görürlər. Bu, onların görmə qabiliyyətlərinin tam formalaşmamasından irəli gəlir. İndi demək olar ki, gözdən əziyyət çəkənlərin 80 faizi astikmatizmdən şikayət edirlər.

Gözdə zəifliyin aradan qaldırılması üçün ilkin növbədə onun yaranmasına səbəb olan müxtəlif amilləri araşdırmaq lazımdır. Çox uşaqlar var ki, onlarda zəif görmək anadangəlmə olur. Belə uşaqlar 17 yaşına qədər müxtəlif dərmanlarla müalic edilir. Bu müalicə kursları zəifliyin daha da irəliləməsinin, gözdə «tənbəlliyin» yaranmasının qarşısını almaq üçün lazımdır. Əgər gözdə «tənbəllik» yaranarsa, bu zaman onun funksiyaları fəaliyyətini itirir və kor olma ehtimalı artır. 17 yaşından sonra xəstəyə ekzimer lazer əməliyyatı olunur. Əgər valideynlər uşaqlarında göz qırpmalar, qızartılar, sulanmalar kimi hallar aşkarlayırlarsa, dərhal həkimə müraciət etsinlər.

Əvvəllər insanlar eynəklərdən istifadə edirdilər. Eynəkləri isə uzun müddət çıxartmadan taxırdılar. İndi valideynlər uşaqlarına eynəyi tez-tez çıxartmamalarını deyirlər. Ancaq onlar bilməlidirlər ki, çox eynək taxmaq da gözə ziyandır. Optik gözün əvvəlki funksiyasını bərpa etməsi üçün istifadə olunur. Eynəkləri 6 aydan bir dəyişdirmək lazımdır.

Göz çəpliyinin yaranmasına nə səbəb olur?

Gözdə çəpliyin əmələ gəlməsinə səbəb bir gözün zəif, digərinin isə yaxşı görməsidir. Bu zaman zəif göz yaxşı görən göz tərəfə əyilməyə başlayır. Nəticədə, çəplik yaranır. Əgər gözdəki zəifliyi aradan qaldırmaq mümkün olursa, bu zaman gözdəki çəplik də yox olur. Bəzən isə gözdə çəplik anadangəlmə olur. Bu hal əsasən
doğuş zamanı travma alan, təzyiqi olan uşaqlarda olur. Travma alan uşaqlarda göz çəpliyini oftalmoloqlar müalicə etmir. İlk əvvəl uşaq nevropatoloq müayinəsindən keçməlidir. Nevropatoloqun diaqnozundan sonra oftalmoloq müalijə edə bilər.

Katarakt - Mirvari suyu

El arasında «Mirvari suyu» kimi tanınan katarakt son vaxtlar yaşlıların çox əziyyət çəkdiyi göz xəstəliklərindən biridir. Kataraktın yaranması yaşla əlaqədardır. İnsan yaşlandıqca, əsasən də 50-60 yaşına çatdıqda onun göz
funksiyalarının fəaliyyəti zəifləyir. Eyni zamanda katarakt iltihabı xəstəliklərdən, travmadan sonra da əmələ gələ bilər. Gözdə şəffaf büllur linza var. Bəzən bu şəffaf linzalar bulanır. Bunu əməliyyat vasitəsilə aradan qaldırmaq
mümkündür. Əməliyyat zamanı əvvəlcə gözün büllur qişası kəsilir, bulanlıq linza çıxarılır, onun yerinə yeni, şəffaf linza taxılır. Mirvari suyunu vaxtında müalicə etmədikdə göz görmə qabiliyyətini tamamilə itirir.

Kataraktın ilkin əlaməti dumanlı görməkdir: Katarakt iki formada olur: yetişmiş və yetişməmiş. İndi xəstələrin çoxu son məqamında, yəni yetişmiş halda müraciət edirlər. Yetişməmiş formanı müalicə etmək daha asandır. Ancaq yetişmiş olduqda xəstə görmə qabiliyyətini itirir və onun yenidən bərpası mümkünsüz olur. Çünki katarakt gözün ətrafına deyil, daxilinə təsir edir.

Qlaukoma - Qara su

Göz xəstəliklərindən biri də el arasında «Qara su» adlandırılan qlaukomadır. Qlaukoma 40 yaşından sonra yaranır. Qlaukoma anadangəlmə də ola bilər. Bunun yaranmasına səbəb qohum nikahlarıdır. Qlaukomadan ən çox qadınlar
əziyyət çəkir. Çox nadir hallarda kişilərdə bu xəstəlik aşkarlanır. Belə xəstələr dumanlı, işığa baxanda rəngli halqalar görməkdən, gözdaxili təzyiqlərdən şikayətlənirlər.

Gözlərin qədrini vaxtında bil

Göz xəstəliklərindən biri də «kanyuktiv» adlanır. Kanyuktiv soyuqdəymədən, natəmizlikdən əmələ gəlir. Göz makiyajı zamanı keyfiyyətsiz kosmetik vasitələrdən istifadə də kanyuktivlik yaradır. Bu xəstəlik göz üçün olan xüsusi damcılarla aradan qaldırılır.

Gözlərə ev şəraitində də qulluq etmək mümkündür:

İnsanlar çox vaxt gözlərinə çay dəmləməsi qoyurlar. Son zamanlar təbii çaylar çox azdır, onlara müxtəlif rənglər qatırlar. Belə çayları gözə qoymaq təhlükəlidir. Buna görə də yaşıl çayın dəmləməsi daha keyfiyyətlidir. Gözü ballı su ilə də silmək yaxşıdır. Son vaxtlar isə insanlar kompüter qarşısında çox otururlar. Kompüter şüaları gözün nəmliyini qurudur, gözdə göynəmələr əmələ gəlir. Kompüter qarşısında uzun müddət oturmaq olmaz. Hər 45 dəqiqədən bir kompüteri söndürmək, 15 dəqiqə hava almaq lazımdır. Kompüter qarşısında oturanlar tez-tez apteklərdə satılan təbii göz yaşlarından istifadə etməlidirlər.