Həbsdə olan müğənni Fədayə Laçının səhhətində problemlər yaranıb. Havaların isti keçməsi sənətçinin səhhətini pisləşdirib.

Axşam.az yenicag.az-a istinadən xəbər verir ki, bu barədə açıqlamasında F.Laçının vəkili Türkel Süleymanlı məlumat verib:

"Bilirsiniz ki, Fədayə hepatit xəstəliyindən müalicə olunur. Bu da ağır xəstəlikdir. Son günlər havaların isti keçməsi onun səhhətini daha da pisləşdirib. Çox əziyyət çəkir. Hazırda dava-dərman qəbul edir".

Vəkil istintaqın yekunlaşdığını da bildirib:

"İstintaq yekunlaşıb. Fədayə azadlığa qovuşsa, səhhətindəki problemlərin aradan qaldırılması üçün müalicə kursu alardı".

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.



                 

Digər Xəbərlər