Aktrisadan təqdirəlayiq hərəkət - Fotolar

Aktrisadan təqdirəlayiq hərəkət - Fotolar
2097 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Serenay Sarıkaya Kilyosda təşkil olunan tədbirlərdən birinə qatılıb.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, aktrisa su kirliliyi ilə mübarizəyə diqqət çəkmək məqsədi ilə bir qrup şəxslə birgə dəniz sahilini təmizləyib. Serenay tədbirlə bağlı açıqlama verib:

“Bu gün gözəl bir səbəblə Kilyosa getdik. Sahildə və dənizdə çirklənməyə səbəb olanlara qarşı mübarizə üçün buradayıq. Plastik qablar ətrafımızı, canlıların və bizim həyatımızı təhlükəyə atır. Əgər yaxşı həyat istəyiriksə, təbiətə qarşı diqqətli olmalıyıq”.