"Peşəkar musiqini bilən Üzeyirə qulaq asmaz" - Millət vəkili

"Peşəkar musiqini bilən Üzeyirə qulaq asmaz" -  Millət vəkili
6024 dəfə oxunub
  • A-
  • A
  • A+

Millət vəkili Qənirə Paşayeva “Onda başladıq” proqramında qonaq olub.

Axşam.az-ın məlumatına görə, aparıcı Kamran Həsənli bu dəfə televiziyalar və musiqimiz mövzusunu müzakirəyə qoyub. Proqramın qonağı millət vəkili Qənirə Paşayeva fikirlərini bildirib və müğənni Üzeyir Mehdizadənin ifasını qınayıb:

“Peşəkar musiqidən bir şeylər öyrənən insan Üzeyir Mehdizadəyə qulaq asmaz. Biz uşaq vaxtı musiqi dərslərinə gedirdik, zövqümüz formalaşırdı. İndi də belə məktəblərin bölgələrdə fəaliyyətinin gücləndirilməsinə ehtiyac var”.

Ü.Mehdizadə də sosial şəbəkədə videosunu paylaşaraq, ad çəkmədən millət vəkilinin sözlərinə cavab verib:

“Bura qardaş ölkə Türkiyədə bu yaxınlardakı çıxışımdır. Allah istəsə, bəndə nə karədir. Sevib dəstək olanlara təşəkkür edirəm. Eybi yoxdur, əsas Allah bizimlə olsun. Sevənlərimin səmimi sevgisini Allah nə vaxta qədər məsləhət bilir, o vaxtadək qismət etsin. Təki hər halımızla Allah üstümüzdə olsun – uğurlu və uğursuz halımızla. Hər halımıza şükür”.