Alim olan Nazpəri tənqid edildi: "Gözügötürməyənlərdir..."

Alim olan Nazpəri tənqid edildi:  "Gözügötürməyənlərdir..."
3867 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, xalq artisti Nazpəri Dostəliyeva incəsənət nəzəriyyəsi və təhlili üzrə fəlsəfə doktoru elmi dərəcəsi adı alıb.

Axşam.az-ın məlumatına görə, müğənni bu haqda İnstaqram səhifəsində paylaşım edib. Nazpərinin bu adı alması bir çoxları tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkədə bununla bağlı statuslar yazılıb, paylaşımlarda tənqidi şərhlər qeyd edilib. Çoxları N.Dostəliyevanın bunu pulla aldığını yazıb. Bəziləri, buna 10, bəziləri isə 30 min ödədiyini iddia edib.

Müğənni ilə əlaqə saxlayıb, tənqidlərə münasibətini öyrənmək istədik. Telefonlarımıza Dostəliyevanın köməkçisi Şəhanə cavab verdi. O, hazırda Dostəliyevanın burada olmadığını bildirib:

“Nazpəri xanım 10 ildir Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Neçə ildir ki, bu iş üzərində çalışır. Bir pedoqoq kimi onun tək planı və istəyi bu idi. Bu da normaldır. Burada şişirdiləsi nə məsələ var ki? Bu sahədə bir neçə sənət adamı da alimlik dərəcəsi alıb. Mən də şahidiyəm ki, Nazpəri xanım illərdir bu işi araşdırır və üzərində işləyir. Bu cür tənqidləri yazanlar gözügötürməyənlərdir. Nazpəri xanım aşıq sənətinin çox təbliğ olunduğu Şamaxı bölgəsindəndir. Aşıq ailəsində böyüyüb. Onun müdafiə etdiyi elmi iş də aşıq sənəti haqqındadır”.

Qeyd edək ki, Dostəliyeva daha sonra bununla bağlı paylaşımını İnstaqram səhiufəsindən silıib.