Coli evli aktyorla eşq yaşayır

Coli evli aktyorla eşq yaşayır
1196 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Ancelina Coli Bred Pittlə ayrıldıqdan sonra haqqında bir çox məşhurla sevgili olma xəbəri çıxıb.

Axşam.az-ın məlumatına görə, ingilis mediası bu dəfə də aktrisanın şəxsi həyatı haqqında xəbər yayıb. Bildirilib ki, Coli həmkarı Robert Dauniyə aşiq olub. Dauninin evli olması belə Ancelinaya onu sevməkdə mane olmayıb. 

Coli və Roberti artıq bir neçə dəfə birlikdə görüblər. Onlar Londonda belə bir araya gəliblər. Aktyorlar bu görüşün məqsədinin yeni layihəni müzakirə etmək olduğunu deyiblər. Film çəkilişində tanış olub, eşq yaşamağa başlayan aktyorlar hələ ki münasibətlərini gizli saxlayırlar.

Qeyd edək ki, Dauni prodüser Süzan Levinlə ailəlidir. Onların bir qız, bir oğul övladı var.