Toyu təxirə saldılar

Toyu təxirə saldılar
872 dəfə oxunub
  • A-
  • A
  • A+

25 yaşlı Mayli Sayrus 28 yaşlı sevgilisi Liam Hemsvortla evlənməyə hazırlaşırdı.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük toyu təxirə salıb. Buna səbəb sevgililərin arasında baş verən güclü dava olub.

Mənbə bildirib ki, aktyor ata olmaq istəyir, Mayli isə hələ buna hazır olmadığını deyib. O, bu cür addım atmağın tez olduğunu söyləyib. Bir-biri ilə yola getməyən Liam və Sayrus toyun hansı tarixdə keçiriləcəyini qərarlaşdırmayıb. Hətta aktrisa münasibətini rəsmiləşdirməkdən də çəkinir.

Qeyd edək ki, cütlüyün gizlicə Malibuda evləndiyi xəbəri yayılmışdı. Daha sonra isə onlar xəbərin şayiə olduğunu açıqlamışdı.