Boyu qısa olan xanımlar üçün kiçik hiylələr

Boyu qısa olan xanımlar üçün kiçik hiylələr
1832 dəfə oxunub
  • A-
  • A
  • A+

Qısaboylu olmaq çox zaman üstünlük sayılsa da, bundan çox qadınlar şikayətçidir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, uzun görünmək üçün bəzi kiçik hiylələrə baş vurmaq lazımdır. Əgər siz də daha uzun görünmək istəyirsinizsə, bu qaydalara riayət etməlisiniz.

Belinizə daim kəmər taxın.

Kiçik boylu məşhurlardan Courtney Trop büyük görünən ayaqqabılar və kəmərli pencəklərdən istifadə edir. Geyimini böyük çantalarla tamamlaması isə onu daha da uzunboylu göstərir. Siz də bu geyim tərzindən istifadə edərək daha ucaboy görünə bilərsiniz.

Böyükbədən köynəklər, mini ətəklər və ucu şiş ayaqqabılardan istifadə edə bilərsiniz. 

Qısaboylu xanımlar mütləq yüksəkbelli şalvarlardan istifadə etməlidir. Özəlliklə bu il parlaq dəri şalvarlar dəbdədir. Buna görə də qarderobunuzda hər zaman yüksəkbelli şalvarlar olsun.