Məşhur kanal rəhbəri qızına təcavüz edibmiş

Məşhur kanal rəhbəri qızına təcavüz edibmiş
4029 dəfə oxunub
  • A-
  • A
  • A+

"MTV", "Eurosport" kimi bir çox telekanalın Türkiyədə yayımlanma haqqının rəhbəri Fatih Oflazla bağlı hər kəsi şok edən xəbər ortaya çıxıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Fatih Oflaz ile Aslı Kocaoğlu boşandıqdan sonra milyonluq təzminat davası ilə gündəmə gəlmişdi. Onlar yenidən məhkəmə salonunda üz-üzə gəliblər. Bu dəfə Oflaz 1992-ci ildə doğulan qızı Ş.O.-ya təcavüz etməkdə günahlandırılıb.

26 yaşında olan heykəltəraş Ş.O. təcavüzün 15 yaşına qədər davam etdiyini, sonra müalicə aldığını, amma yaşadıqlarının təsirindən xilas ola bilmədiyini görüb polisə şikayət etdiyini bildirib. Qız yaşadıqlarını əvvəlcə anasına danışıb. Üç dəfə intihara cəhd edib. 2013-cü ildə qızın müalicə üçün getdiyi psixoloq da məhkəmədə şahid kimi dindirilib.

Psixoloq "Müalicənin 30-cu günü atası ilə üzləşmək istədi. Oflazla görüşüb qızına 8, 13 və 15 yaşında təcavüz etdiyini soruşdum. O da qəbul etdi. Qızın atasından istədiyi tək şey normal ata-qız münasibəti idi. Oflaz pozitiv idi, qızına "Aramız yaxşı olacaq" dedi" deyə, bildirib.

7 il qızına təcavüz edən iş adamına məhkəmə 22 il 6 ay həbs cəzası verib. Daha sonra isə onun günahı 18 il 9 aya endirilib və xaricə getmə qadağası qoyulub. Amma Fatih məhkəmə qərarından sonra İspaniyaya uçub.