Dünyada olan qeyri-adi hadisələr - Üçüncü qulaq, yaşıl tər

Dünyada olan qeyri-adi hadisələr -  Üçüncü qulaq, yaşıl tər
3360 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyada tez-tez qəribə hadisələrin baş verməsi ilə bağlı xəbərlərə rast gəlirik. Bəzilərini mif adlandırır, bəzilərinin isə gerçək olduğunu görürük.

Axşam.az ingilis mediasında yayılan qeyri-adi hadisələrlə bağlı xəbərləri təqdim edir:

Üçüncü qulaq

Avstraliyalı Steliosun qolunda üçüncü qulaq çıxıb. O, bu qulağı vasitəsilə də eşitdiyini söyləyir. Mütəxəssislərin təcrübəsi əsasında bunun həqiqət olduğu sübut olunub. Belə ki, Steliosun hər iki qulağını bağlayıb, ona suallar verməyə başlayıblar. Danışılan bütün söhbətləri eşidən Stelios suallara hərtərəfli cavab verib.

Ağciyərdə ağac

Rusiyada xərçəng diaqnozu ilə əməliyyata alınan xəstənin ağciyərini görən həkimlər dəhşətə gəlib. Belə ki, xəstənin ağciyərində uzunluğu 6 santimetr olan ot bitdiyini görüblər. Həkimlər yaşıl rəngli bitkinin necə qidalanması üzərində araşdırma aparsalar da heç bir nəticə əldə edə bilməyiblər. Sadəcə müəyyən olunub ki, toxum nəfəs borusu ilə ağciyərə düşüb və orada bitib. 

Qırmızı işıqlı qurbağa

Ağacda görünən bu qurbağa qeyri-adiliyi ilə digərlərindən fərqlənir. Qurbağanın qarnında yanan qırmızı işığı görənlər heyrətlərini gizlədə bilməyiblər. ABŞ-ın Florida əyalətində olan bu qurbağa alimlər tərəfindən araşdırılır. Deyilənə görə, bu, hələ ki, elmə məlum olmayan yeni qurbağa növüdür. 

Yaşıl tər

Çinin Vuhan kəndində yaşayan 52 yaşlı Çeng Şunquonun təri yaşıl rəngdə olduğundan onun bütün paltarları və yataq dəstləri yaşıl rəngdədir. Qəribəsi odur ki, paltarlar nə qədər yuyulsa da rəng təmizlənmir. Həkimə müraciət edən Çengin səhhətində isə heç bir problem aşkarlanmayıb. 

İtlə nikah

Hindistanda lənətlənmiş bir uşağı xilas olmaq üçün itlə evləndirdilər. 18 aylıq oğlan uşağının ağzında 33 diş olduğu üçün valideynləri onun lənətləndiyini deyirlər. Hindistan inanclarına görə, artıq dişi olan uşaq  yetkinlik yaşına çatanda pələnglərin qurbanı olur. Bu lənətdən qurtulmağın tək yolu isə dişi bir itlə evlənməkdir.

Göbələklə rəsm

Tayvandlı bir rəssam şəkil çəkmək üçün boyalara pul vermir. Belə ki, o göbələyi soğanla qovurur, ondan aldığı rənglə rəsmlər çəkir. Dediyinə görə, bu həvəs onda uşaqlıqdan yaranıb. «Atam göbələk qovuranda görürdüm ki, ondan qəhvəyi rəng alınır. Fikirləşirdim ki, bundan şəkil çəkəndə istifadə etmək olar. Sınağım pis alınmadı» deyən rəssam gələcəkdə qovrulmuş sarımsaqla da rəsm çəkməyi planlaşdırır.