Fatimədən Vasifə sərt sözlər: “Mədəniyyətsiz, tərbiyəsiz”

Fatimədən Vasifə sərt sözlər: “Mədəniyyətsiz, tərbiyəsiz”
5822 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Vasif Məhərrəmli və rəqqasə Fatimə Fətəliyeva arasındakı qalmaqal daha da böyüyüb.

Axşam.az-ın məlumatına görə, Vasif sənətçi haqqında “Fatimə restoranda aş gətirəndir. Menyuda salat, xiyar-pomidor, aş və Fatimə var” sözlərini deyib. Fətəliyevanın ona cavabı gecikməyib. Rəqqasə açıqlama yayaraq Vasifi mədəniyyətsiz adlandırıb:

“Əvvəla hər bir insanın mədəniyyəti onun qurduğu cümlədən və davranışından bilinməlidir. Mədəniyyət insanın yaraşığıdır. Hörmətli Vasif Məhərrəmli, siz məni televiziyada necə mədəniyyətsizcəsinə təhqir etdiniz. İndi isə təhqirləriniz davam edir. Bu nə tərbiyəsizlikdir. Məni tərəvəzlərlə bir edirsiz. Mən də sizin dildə danışıb sizi balqabağa bənzətsəm necədir? Amma yox. Mən o tərbiyənin sahibi deyiləm. Etikamı qoruyan insanam. Onu da qeyd edim ki, şou-biznes bizim balaca dünyamızın içində qurulub. Kim kiminlə necə yoğrulur hər kəs bilir. Yəni kimlər kimi şou-biznesə bir evdə pomidor-yumurta bişirərəkmi, ya balqabaq bişirərəkmi salıb bilənlər bilir. Və ən əsası onu qeyd edim ki, mən xüsusi toylarımızda bəy və gəlinin xahişi ilə aş təqdim edirəm. Bu qəbahət deyil. Ruzini təqdim etmək hər insana həvalə edilmir”.