Sevgili olduqlarını təsdiqlədilər

Sevgili olduqlarını təsdiqlədilər
1464 dəfə oxunub
  • A-
  • A
  • A+

28 yaşlı Regina Toderonko ilə 32 yaşlı Vlad Topalovun sevgili olması ilə bağlı yayılan dedi-qodular cavabsız qalmayıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aparıcı dəfələrlə musiqiçi ilə dost olduqlarını sübut etməyə çalışsa da, bu baş tutmayıb.

"Glamour" dərgisinin keçirdiyi gecədə Todorenko Topalovla bir araya gəlib. Regina musiqiçi ilə şəklini yayımlayaraq, sevgili olduqlarını gizlətməyib.

"Əgər sən hər dəliliyini qəbul edən kişinin yanındasansa, sənin uğuruna inanırsa, səni bütün qəlbi ilə sevirsə, onu səs-küylü gecədən evə aparmağın vaxtıdır. Əsl hissləri yaşayanda yer ayaqlarının altından qaçır. Kişi qadınla fəxr edib, onun uğuruna sevinirsə - bu, əsl xoşbəxtlikdir" deyə Toderonko paylaşımına yazıb və onların dərgi tərəfindən "İlin cütlüyü" elan edildiklərini vurğulayıb.