İştahanı nöqtələrlə öldür

İştahanı nöqtələrlə öldür
1435 dəfə oxunub
  • A-
  • A
  • A+

Pəhriz saxlamaq xanımların hər zaman ən böyük problemi olub. Çünki formada qalmaq üçün tək çarə pəhriz, onunla bərabər də idman etməkdir. Amma çox vaxt nəfsimizə hakim ola bilmirik.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bəzən iştahı bir hərəkətlə də öldürmək mümkündür:

• Masajla arıqlamaq zəmanəmizin ən dəbli prosesinə çevrilib. Qadınlar iştahanı öldürüb, yeməyi azaltmaqdansa, masajı və müxtəlif ağrılı prosedurlardan keçməyi üstün tuturlar. Amma həkimlər bunun nə qədər çətin olduğunu görüb, xanımlar üçün yeni, evdə tətbiq edilə bilən vasitə düşünüblər. Əgər ürəyindən masaj etmək keçirsə, hər dəfə güclü aclıq hissi baş qaldıranda qulağının ilbizinə barmağınla basmağa başla. Bu nöqtə iştahı azaldır və arıqlamağa təminat verir.

• İştahı «öldürməyin» ən effektli yolu stulda dik oturub, qarnını yığmaqdır. Beləcə, nəfəs almadan 10 saniyə sayıb,
nəfəsini buraxsan, aclığını yox edərsən. Unutma, bu prosedur 10 dəqiqə davam edir.

• Arıqlamağın və sağlam qalmağın ən effektli yolu qaçmaq və ya tez-tez gəzməkdir. Gündə yarım saat piyada
gəzməklə ay ərzində super bədənə, sağlam ürək-damar sisteminə və gözəl ayaqlara sahib olmaq olar.