"Əngəllər məni yolumdan döndərməyəcək" - Nazpəri

"Əngəllər məni yolumdan döndərməyəcək" -  Nazpəri
2570 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Nazpəri Dostəliyeva haqqında deyilən söz-söhbətlərə cavab verib.

Axşam.az-ın məlumatına görə, müğənni fəlsəfə doktoru olmasıyla bağlı sosial şəbəkədə paylaşım edib. Daha sonra isə tənqidləri və haqqında edilən müzakirələri görən ifaçı paylaşımını silərək, dediyini danıb. Eyni zamanda Ali Attestasiya Komissiyasının aparat rəhbəri Arif Quliyev də Nazpərinin dediklərini yalan adlandırıb.

Dostəliyeva hələ müdafiəsinin davam etdiyini bildirib və bunları əlavə edib:

"Son günlər sosial şəbəkələrdə kimlərinsə səyi və canfəşanlığı nəticəsində haqqımda xoş olmayan fikirlər yazılır. Əslində bu fikirlərin haradan qaynaqlandığını, kimlər tərəfindən ortaya atıldığını bilirəm. Ancaq hər şeyin öz zamanı var. Əminəm ki, haqqımda yazılan tamaşaçı, dinləyici yox, uğurlarımı gözü götürməyən, nailiyyətlərimdən xəstəlik tapan bəzi insanların və əlaltılarının fikirləridir. Xalqıma, millətimə heç vaxt yalan danışmadım, onların qarşısına layiq bilmədiyim libaslarda çıxmadım, hər bir tamaşaçını öz ailə üzvüm bildim. Bu gün də belədir. Atamın, qardaşlarımın qarşısında geyinməyi rəva bilmədiyim geyimlərimi tamaşaçıma da rəva bilmədim. Çünki məni bu yerə tamaşaçım gətirib. Bəzi paxıl, mənfur həmkarlarımın bu hücumları qarşısında da güman yerim məhz tamaşaçıdır. Onların mənə güvənməsi yetərlidir. Kimlərinsə narahartlıq keçirməsi, əngəllər yaratması məni yolumdan döndərə bilməyəcək. Başladığım elmi işi tamamlayıb təhvil verəcəyəm və ondan sonra Allah qismət etsə, daha bir xoş günümü, uğurumu tamaşaçılarımla paylaşacağam".

Xatırladaq ki, elektron mediada Dostəliyevanın "Azərbaycanın Şərq və Qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilərək, fəlsəfə doktoru elmi dərəcəsinin təsdiq olunduğu yazılırdı.