Leyla Əliyeva oğulları ilə “Jara”da - Fotolar

Leyla Əliyeva oğulları ilə “Jara”da - Fotolar
5701 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Bakıda “Sea Breeze Resort” istirahət mərkəzində “Jara-2018” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının qırmızı xalı üzərində keçidi olub.

Axşam.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Jara-2018”in fəxri qonaqları arasındadır. Qırmızı xalıdan keçən Leyla Əliyevanı aparıcı “Jara” festivalının muzası kimi təqdim edib. Aparıcının festivalın bu adını daşımağın çətin olub-olmaması ilə bağlı sualına Leyla Əliyeva bundan məmnun qaldığını bildirib və hamıya gözəl axşam arzulayıb.

Festivalın təşkilatçıları Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.