Azərbaycanlı məşhurlar "Jara"da səhnəyə çıxdı - Foto

Azərbaycanlı məşhurlar "Jara"da səhnəyə çıxdı - Foto
8386 dəfə oxunub
  • A-
  • A
  • A+

“Jara-2018” Beynəlxalq Musiqi Festivalının ikinci gününün konserti keçirilir.

Axşam.az xəbər verir ki, səhnəyə rusiyalı ulduzlarla yanaşı, Azərbaycanın məşhur simaları da çıxıb.

Onlar arasında əməkdar artistlər - Manana, Sevda Ələkbərzadə, müğənni Samir Bağırov da olub.

Azərbaycanın üçüncü ildir ev sahibliyi etdiyi “Jara” Beynəlxalq Musiqi Festivalı hər dəfə maraqlı təqdimatları ilə tamaşaçıları heyrətləndirir. Digər tərəfdən isə festival iştirakçıları da Bakıda keçirilən bu musiqi bayramında böyük həvəslə iştirak etdiklərini dönə-dönə söyləyirlər.

“Sea Breeze Resort” istirahət mərkəzində dünəndən başlanan bu festival maraqlı ifaları ilə tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi bəxş etməkdədir.