Xəbər verdiyimiz kimi, Bakıda "Jara" beynəlxalq musiqi festivalı keçirilir.

Axşam.az-ın məlumatına görə, 4 gün keçiriləcək konsert çərçivəsində məşhurlarımız da çıxış ediblər. Ötən gün səhnəyə çıxanlar arasında müğənni Samir Bağırov da yer alıb.

Uzun müddətdir yaradıcılığına fasilə verən Bağırov səhnədə yeni mahnısını səsləndirib. Əvvəlcə qırmızı xalçaya çıxan Samir yeni görünüşü ilə diqqət çəkib. O, saqqal saxlayıb.

Qeyd edək ki, uzun fasilədən sonra Samir ilk dəfə böyük səhnəyə məhz dünən gecə çıxıb.

 
 
 
 


                   

Digər Xəbərlər