“Jara-2018” Beynəlxalq Musiqi Festivalının final günüdür.

Axşam.az xəbər verir ki, festivalın sonuncu günündə Valeri Meladzenin, Lyubov Uspenskayanın yaradıcılıq gecələri keçiriləcək. 

Mmərasimin qırmızı xalıdan keçid olan hissəsi də artıq başa çatıb. Qırmızı xalıda xalq artistləri Aygün Kazımova, Emin, rusiyalı ulduzlar Valeri Meladze, Qriqori Leps, Vera Brejneva, MBAND və başqaları kameralara poz verib.

Gecədə habelə A’Studio, Denis Klyaver, EMIN, LOBODA, MBAND, Aleksandr Panayotov, Aleksey Çumakov, Albina Canabayeva, Anjelika Aqurbaş, Ani Lorak, VIA Qra, Vera Brejneva, Qlyuk’oza, Qriqori Leps, Danil Buranov, Diana Arbenina, İrina Dubtsova, Polina Qaqarina, Slava, Soso Pavliaşvili, Timur Rodrigez, Yuliya Kovalçuk və başqalarının ifaları təqdim ediləcək.

Qeyd edək ki, festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

 
 
 
 
 
 
 
 
 
 
 
 


                   

Digər Xəbərlər