Kinematoqrafçılar İttifaqının İdarə heyəti kino xadimlərinin qəbirlərini ziyarət edib - FOTO

Kinematoqrafçılar İttifaqının İdarə heyəti kino xadimlərinin qəbirlərini ziyarət edib - FOTO
656 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabah ölkəmizdə qeyd ediləcək Milli Kino Günü ilə əlaqədar olaraq bu gün 1-ci və 2-ci Fəxri xiyabanda  bir sıra kino xadimlərinin məzarları ziyarət edilib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Axşam.az-a bildirib ki, qrumun İdarə heyəti görkəmli kino xadimləri Həsən Seyidbəyli, Tofiq Tağızadə, Rasim Ocaqov, Muxtar Dadaşov, Hüseyn Seyidzadə, Adil İsgəndərov, Rza Təhmasib, İsmayıl Osmanlı, Leyla Bədirbəyli , Rəşid Behbudov, Nəsibə Zeynalova, Ələsgər Ələkbərov, Nəcibə Məlikova, Barat Şəkinskaya, Məlik Dadaşov, Lütfəli Abdullayev, Ağahüseyn Cavadov, Məmməd Əlili, Həsən Turabov, Şahmar Ələkbərov, Hacıbaba Bağırov, Yaşar Nuri, Səyavuş Aslan, Elbəy Rzaquliyev və digər sənətkarların qəbirlərini ziyarət edib, qəbirüstü abidələrinə tər gül dəstələri düzülüb, dualar oxunub.

Ziyarət Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və “Salnamə” Dövlət Studiyasının təşkilatı dəstəyi ilə baş tutub.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.