Dünyaca məşhur model Naomi Kempbell haqqında çıxan hamiləlik xəbərinə yeni fotosu ilə cavab verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Naomi hazırda istirahətdə olduğu Xorvatiyada bikinidə çəkilmiş şəklini izləyiciləri ilə paylaşıb.

Fotoda ideal bədən quruluşunu nümayiş etdirən model hamilə olmadığını sübut edib.

Qeyd edək ki, bir neçə gün öncə 47 yaşlı Kembellin 35 yaşlı reper sevgilisi Skeptadan uşaq gözlədiyi deyilirdi. Məlumata əsasən, model 2, 3 aylıq hamilə imiş.





                 

Digər Xəbərlər