Aygün: "Ayrılığa dözə bilmədim"

Aygün: "Ayrılığa dözə bilmədim"
1666 dəfə oxunub
  • A-
  • A
  • A+

Plastik əməliyyatdan sonra ilk dəfə Gəncədə baş tutan konsertdə səhnəyə çıxan xalq artisti Aygün Kazımovadan yeni xəbər var.

Axşam.az-ın məlumatına görə, müğənni ATV telekanalında yayımlanan “Onlar” verilişinə açıqlamasında sevənləri üçün darıxdığını və bundan sonra efirdə tez-tez görünəcəyini bildirib:

“Nə mən, nə də sevənlərim bu ayrılığa dözə bilmədi. Dedim ki, mən hansı halda efirə çıxmamışam ki? Bir neçə aydan sonra tamamilə dəyişəcəyəm. Amma bu o demək deyil ki, yenidən plastik əməliyyat etdirməyi düşünürəm. Sadəcə bu əməliyyatın tam nəticəsini onda görəcəyəm. Bir xanım var, deyir ki, sizi efirdə görəndə həvəslənirəm. Bu sözləri eşitmək xoşdur”.

Qeyd edək ki, A.Kazımova türkiyəli ifaçı Sərdar Ortaç və Yıldız Tilbedən mahnılar aldığını bildirmişdi. Sənətçi onlar arasında ən çox Y.Tilbenin bəstəsini bəyənib:

“Yıldız Tilbenin bütün yaradıcılığına fikir verdim. Ən çox təqlid edilən ifaçıdır. Çünki o özüdür. Onun bəstəsi də gözəldir”.