24 yaşlı Castin Biber yeni nişanlandığı Heyli Bolduinlə Nyu-York küçələrində görüntülənib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı sevgilisi ilə velosiped gəzintisinə çıxan Castin qəfil ağlamağa başlayıb.

Bu zaman Heyli də ona təsəlli verərək göz yaşı töküb.

Paparazzilər tərəfindən lentə alınan fotolar sosial şəbəkədə yayıldıqdan sonra izləyicilər Biberin hansı səbəbdən ağlamağı ilə maraqlanıblar. Bəziləri bildirib ki, ifaçı sevgilisi ilə velosiped sürərkən bir vaxtlar birlikdə olduğu Selena Qomezi xatırlayaraq kövrəlib. Belə ki, Selena ilə Castin tez-tez velosiped sürərdilər.

Bəzi sosial şəbəkə istifadəçiləri qeyd edib ki, yəqin Bolduin ona hamilə olması xəbərini verib və buna sevinən sənətçi göz yaşı axıdıb.

Digər tərəfdən isə Biberin yaxın dostunun nişanlısının ağır xəstəliyə tutulduğu və ifaçının buna görə tez-tez narahat olduğu vurğulanıb.





                 

Digər Xəbərlər