Aktrisa Aslı Enver və müğənni Murad Boz ayrıldıqdan sonra ilk dəfə üz-üzə gəliblər.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük Kuruçeşmə istiqamətində yerləşən bir restoranda görüntülənib.

Aslı həmkarları Didem İnselel və Ceren Morayla balıq yeyərkən qəfil içəri Muradın girdiyini görüb. Bu zaman kefi pozulan Enver rəfiqələrindən üzr istəyərək məkandn ayrılıb.

Çıxışda jurnalistləri görən aktrisa Muradla bağlı verilən suallara "Bu barədə danışmaq istəmirəm, təşəkkür edirəm" deyərək yoluna davam edib.

Qeyd edək ki, cütlük bu ilin aprelində ayrılıb.





                   

Digər Xəbərlər