Məşhur cütlük evlənir - Fotolar

Məşhur cütlük evlənir - Fotolar
5953 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir ilə yaxındır birlikdə olan model Adriana Lima və türkiyəli yazar Metin Hara evlilik yolunda addım atmağa davam edir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük bir-birini ailələri ilə tanış edir. Əvvəlcə Adriananın ailə üzvləri ilə tanış olan Metin bu dəfə sevgilisini öz valideynləri və qohumları ilə görüşdürüb.

Cütlük xoşbəxt ailə tablosunu sosial media hesabında izləyicilər ilə paylaşıb. Fotonu görən izləyicilər Lima və Haraya xoşbəxtlik arzu ediblər.