Hollivudun gənc aktrisası Xloe Moreç "Labirintdə qaçış" filmi ilə adından söz etdirən aktyor Dilan O Breynlə sevgi yaşayır.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, cütlük restoranlardan birində romantik şam edərkən görüntülənib.

Çıxışda jurnalistlərin suallarını cavablandırmaqdan imtina edən 21 yaşlı Xole və 26 yaşlı Dilanın xoşbəxt göründüyü gözdən yayınmayıb.

Qeyd edək ki, Moreç iki il öncə Devid Bekhemin oğlu Bruklin Bekhemlə sevgi yaşadığı üçün gündəmə gəlmişdi. Tez-tez küsüb barışan cütlüyün bu ilin mayında münasibətlərinə birdəfəlik son qoyub. Buna səbəb Bruklinin Moreçə model Leksi Vudla xəyanət etməsi olub.





                 

Digər Xəbərlər