Müğənni Xatirə İslam 700 bal toplayan şəhidimiz Müşfiq Orucovun ailəsini ziyarət edib.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi özü məlumat verib.

O, M.Orucovun anası ilə çəkilmiş şəkli səhifəsində yerləşdirərək yazıb:

"Bu gün 700 bal toplamış şəhidimiz Müşfiq Orucovun anasını ziyarət etdim. Allah bütün şəhid qardaşlarımıza rəhmət eləsin. Həyatd bir insan qarşısında əyilərəm, o da şəhid anasıdır. Nurlu, mərd, zəhmətkeş, qeyrətli analara qurban olsun canımız".

Qeyd edək ki, M.Orucov 2016-cı ilin aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.



                   

Digər Xəbərlər