Boşandıqdan sonra ilk dəfə bir araya gələn cütlük dava etdi - Fotolar

Boşandıqdan sonra ilk dəfə bir araya gələn cütlük dava etdi - Fotolar
7328 dəfə oxunub
  • A-
  • A
  • A+
10 illik evlilikləri sona çatan müğənni Mustafa Sandal və Emina Yavoviç boşandıqdan sonra ilk dəfə bir araya gəliblər.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük Bozburun istiqamətində yerləşən gəmilərində görüntülənib.

Uzun müddətdən sonra bir yerdə olan Mustafa və Emina yola getməyiblər. Belə ki, Sandalın keçmiş xanımının yanına gəlməsi Yavoviçi narahat edib. O, ifaçının üstünə qışqırmağa başlayıb və yeridən qalxaraq gəminin ön hissəsinə gedib.

Eminanın istirahət boyu telefonunun əlindən düşməməsi və kiminləsə görüntülü danışması da diqqətdən yayınmayıb.

Qeyd edək ki, cütlük 2008-ci ildə ailə qurub, ötən ilin noyabrdında boşanıb. Onların birgə nikahdan iki oğlu var.