"Sən uduzdun" - Günel

"Sən uduzdun" -  Günel
1919 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günel Ələkbərova "Sən uduzdun" adlı yeni mahnısını təqdim edib.

Axşam.az-ın məlumatına görə, bəstənin musiqisi və aranjimanı Rasim Əsgərov, sözləri Samir Vidaya məxsusdur. Günel bildirib ki, mahnını çox bəyənib və onun hit olacağına inanır:

"Hamı istirahətdədir, mən isə iş başındayam. Mahnını yaradan cütlük ilə ilk işimdir. İfa zamanı milli musiqi alətlərindən istifadə olunub. Uğurlu işə görə bütün yaradıcı kollektivi təbrik edirəm. İnanıram ki, dinləyicilərin ürəyində özəl yer tutacaq".