7 yaşlı oğluna "ərə" getdi

7 yaşlı oğluna "ərə" getdi
6679 dəfə oxunub
  • A-
  • A
  • A+

İngiltərənin Geynsboro şəhərində yaşayan Coeleyn Mounkəsl adlı qadın 7 yaşlı oğlunun arzusunu yerinə yetirmək üçün maraqlı addım atıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Coeleyn övladının anadangəlmə metaxromatik leykodistrofiyadan əziyyət çəkdiyini deyib. O bildirib ki, Loqanın arzusu şahzadə olmaq, öz toyunda rəqs etmək olub.

Buna görə də ana oğlu üçün "Gözəl və Qorxunc" ("Beauty and the Beast") nağılı stilində toy təşkil edib. Toyda ana öz oğluna "ərə" gedib.

Məclisə balacanın dostları, ailənin yaxınları qatılıblar. Coeleyn deyib ki, həkimlər oğlunun 15 il ömür yaşayacağını söyləyiblər.