Məşhur aktrisa "İstanbullu gəlin"də çəkiləcək

Məşhur aktrisa "İstanbullu gəlin"də çəkiləcək
3373 dəfə oxunub
  • A-
  • A
  • A+

"Star TV"də yayımlanan "İstanbullu gəlin" serialı üçüncü mövsümünə hazırlaşır.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, rejissorluğunu Zeynep Günay Tan və Deniz Koloşun etdiyi ekran işində yeni aktyorlar yer alacaqlar.

Özcan Deniz, Aslı Enver, İpek Bilgin və Salih Bademci kimi məşhurların rol aldığı ekran işinə bu mövsüm 3 tanınmış sima qatılacaq. Onlardan biri Aslı Enver və Özcan Denizin qızı Yaz olacaq.

Yaz obrazını canlandırmaq üçün yaradıcı heyət yeni ulduz axtarışına çıxıb. Digər məşhur sima isə Meral Çetinkaya olacaq. Üçüncü aktyorun kim olacağı isə hələ gizlin saxlanılır.