İsrailin "Eurovision 2019" üçün pulu yoxdur

İsrailin "Eurovision 2019" üçün pulu yoxdur
680 dəfə oxunub
  • A-
  • A
  • A+

İsrail "Eurovision 2019" beynəlxalq musiqi yarışmasına ev sahibliyi etmə hüququnu itirmə təhlükəsi ilə üz-üzə qalıb. 

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bunun üçün onlara 1 gün vaxt verilib. Bu müddət ərzində İsrail müsabiqə üçün ödəməli olduğu məbləği tapmalıdr. 

İsrailin milli yayım şirkəti olan "Kan" telekanalı avropalı kuratorların (Avropa Yayım Birliyi) hesabına 12 milyon avro məbləğində girov qoymalıdır. Əgər sabaha kimi məbləğ ödənilməsə, İsrail "Eurovision 2019"dan imtina etməlidir.

Hökumət korporasiyanın büdcəsini artırmayacağını bəyan edəndən sonra "Eurovision" təşkilinə məsul olan "Kan" telekanalının rəhbərliyi Baş naziri Binyamin Netanyahu, maliyyə naziri Moşe Kahlon və rabitə naziri Ayub Karaya məktub göndərərək beynəlxalq müsabiqənin keçirilməsinin təhlükə altında olduğunu bildirib.

Rabitə naziri korporasiyaya girov məbləğini bağlamaq üçün kredit götürməyi təklif edib, lakin "Kan" kredit şərtlərini rədd edib.

Qeyd edək ki, "Eurovision 2018"də İsrail təmsilçisi Netta Barzilay "Toy" mahnısı ilə qalib gəlmişdi.