Son zamanlar qalın qaşlar daha dəbli hesab olunur.


Axşam.az qaşları təbii yolla qalınlaşdırmaq üçün tətbiq edə biləcəyiniz ən sadə üsulları təqdim edir:

Vazelin

Bir neçə həftə ərzində qaşlarınızda ciddi artım müşahidə etmək istəyirsinizsə, gündə iki dəfə vazelin çəkin.

Hind yağı

Hind yağı tük köklərinə inanılmaz təsir göstərir. Hind yağını gündə bir dəfə qaşlarınıza çəkin və masaj edin.

 
Aloe vera suyu

İnanılmaz üstünlüklərə sahib olan aloe vera qaşlarınızın artımına da kömək edər. Aloe vera suyunu gündə bir dəfə qaşlarınıza çəkərək onların çoxalmasına şərait yarada bilərsiniz.

Soğan

Soğan da tük artıran vasitələrdən biridir. Tərkibindəki kükürd sayəsində qaşlarınız tez bir zamanda gurlaşacaq. Bir soğanı əzin və suyunu pambıqla qaşlarınıza çəkin. Bir neçə saat qaşlarınızı yumayın.



                   

Digər Xəbərlər