"Bu, nağıl idi" - Murad Arif

"Bu, nağıl idi" -  Murad Arif
1152 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Murad Arif Heydər Əliyev Mərkəzinin parkında konsert verib.

Axşam.az-ın məlumatına görə, ifaçı ilk solo konsertinin təəssüratlarını bölüşüb:

"Bu, nağıl idi! Mən yuxu görürdüm sanki... Havaya, küləyə rəğmən, minə yaxın insan, tək mənim üçün toplaşdı və bütün mahnılarımı mənimlə əzbərdən söylədi. Bu izdihamı gördükdən sonra, daha ciddi, böyük layihələr etmək istəyirəm. İnsanlar sevgisiylə məni oyatdılar. Anladım ki, 3 il boyunca təqdim etdiyim işlər, kliplər, nəğmələr, bu zəhmət əbəs deyil. Çox xoşbəxt və minnətdaram".