Elnarə onlara belə cavab verdi

Elnarə onlara belə cavab verdi
6580 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elınarə Xəlilova ünvanına işləməməsi ilə bağlı deyilən söz-söhbətlərə cavab verib.

Axşam.az-ın məlumatına görə, sənətçinin əməkdar artist Röya Ayxanın "Mənə sevgindən bəhs et" mahnısını plagiat adlandırması qalmaqala səbəb olmuşdu. Bir çoxları Elnarənin ünvanına "Gedib bir az işləsin” kimi ifadələr səsləndirib.

Xəlilova bu ittihamlara cavab vermək üçün İnstaqram səhifəsində yeni bir üsula əl atıb. O, yaradıcılığı boyunca səsləndirdiyi mahnılarından görüntülər paylaşaraq izləyicilərinə suallar ünvanlayıb. İfaçı onlardan mahnılarını tanıyıb-tanımadıqlarını soruşub:

“Hesab edək ki, sizə hesabat verirəm. Özümə də maraqlıdır, görüm işləmişəm, ya yox. Bu bir sosioloji sorğudur”.

Xəlilova paylaşımında “Son günlər plagiat söhbəti ətrafında qalmaqal yaşandı. Sanki özünüzü sübut etməyə çalışırsınız” sözlərinə belə cavab verib:

“Əksinə mənə maraqlıdır. Bütün bunları bilmirəm. Səhifəmdə ancaq məni izləyənlər var. Onlara özümü sübut etməyəcm ki. Əslində yoxa çıxmamışdım. Sadəcə, rok ifa edirdim. Bu pop, kütləvi deyil, alternativ musiqidir. Ona görə də yalnız sevənləri tərəfindən dinlənilir”.

Qeyd edək ki, Elnarə Röyanın "Mənə sevgindən bəhs et"ini Uitni Hyustonun "I have nothing" mahnısının plagiatı adlandırıb. Prodüser Tarix Əliyev isə Röyanı müdafiə edərək, Elnarəni tənqid etmişdi.