Gizli ərə getdi - Bəy özündən 20 yaş kiçikdir

Gizli ərə getdi -  Bəy özündən 20 yaş kiçikdir
1401 dəfə oxunub
  • A-
  • A
  • A+

Fransada aktrisa Robin Raytın toyu olub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa "Saint Laurent" moda evinin 32 yaşlı piar-meneceri Klement Jiro ilə ailə qurub. 

Rayt və Jiro 2017-ci ildə Kann kinofestivalında tanış olmuşdu. Cütlük ilk dəfə Parisdə moda həftəsində birlikdə görüntülənib. 2018-ci ilin yazında sevgililər nişanlanıb.

Toy La-Roş-syur-Byu bölgəsində ailə üzvlərinin əhatəsində baş tutub. Toydan cəmi iki foto sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, 52 yaşlı Robin ərindən 20 yaş böyükdür.