Polis Rihannanın evini mühasirəyə aldı

Polis Rihannanın evini mühasirəyə aldı
1949 dəfə oxunub
  • A-
  • A
  • A+

Rihannanın Los-Ancelesdəki evinin təhlükəsizlik siqnalı çalan kimi polislər ünvana gediblər.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni özü evdə olmayıb. Polislər vertolyot və avtomobillərlə ünvana yollanıblar. Onlar evin ətrafına toplaşıb, məkanı mühasirəyə alıb və içəridə kimin olduğunu araşdırıb. Amma polis siqnalın çalma səbəbini tapa bilməyib.

Polislər Rihannanın pərəstişkarlarından şübhələnib. Hələ mayda Eduard Leon adlı pərəstişkarı ifaçının evinə girib, 12 saat orada qalmışdı. Polis oğlanı həbs edəndə isə o, "Rihanna ilə birlikdəyik. Bir az əvvəl sevişdik" sözlərini demişdi.

Hadisə baş verən ərəfədə Rihanna Londonda gecə klublarından birində əylənirdi.