Daha bir müğənnimiz Türkiyədən ev aldı

Daha bir müğənnimiz Türkiyədən ev aldı
5189 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elvin Abdullayev də Türkiyədən ev alan məşhurlar siyahısına daxil olub.

Axşam.az-ın məlumatına görə, sənətçinin evi Ankarada yerləşir. Bir müddət əvvəl ora toy məclisinə gedən ifaçı bildirib ki, yeni mənzili ikimərtəbəlidir:

“Ankaranı başdan-ayağa gəzdim və çox sevdim. Dostlarım satılan evləri göstərdi. Məni yoldan çıxardılar və almağa qərar verdim. Onların məsləhəti və köməkliyi ilə Ankaradan ev aldım. Dəbdəbəli ev deyil, amma yaşamaq üçün hər şəraiti var. Əsas odur ki, çox gözəl mənzərəsi var”.