Azərbaycanın miniatür kitabları Minsk kitab sərgi-yarmarkalarında

Azərbaycanın miniatür kitabları Minsk kitab sərgi-yarmarkalarında
854 dəfə oxunub
  • A-
  • A
  • A+
 Fevralın 6-dan 10-dək Belarusda keçiriləcək XX Minsk beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində Azərbaycanın nadir miniatür nəşrləri nümayiş etdiriləcək.
 
Axşam.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, ekspozisiyaya o cümlədən 1994-cü il sentyabrın 20-də “Gülüstan” sarayında “Əsrin kontraktı”nın imzalanması mərasimində Azərbaycanın ümummilli liderinin nitqindən ibarət “Heydər Əliyev. Neft strategiyası” kitabı daxildir. 

Belarus və xarici ölkə tamaşaçıları həmçinin Bakıda nəşr edilmiş akademiklər Zərifə Əliyevaya və Ziya Bünyadova, rejissor Hüseyn Seyidzadəyə, Azərbaycanın digər görkəmli adamlarına həsr olunmuş kitabları da görəcəklər. Ekspozisiyada 1908-ci ilin reprint nəşri – Belarus ədəbiyyatı klassikinin “Yanka Kupalanın tütəyi” adlı ilk şeirlər toplusu da olacaq. Nəşrləri Bakı Miniatür Kitab Müzeyinin yaradıcısı, Azərbaycan Respublikasının “Kitab” cəmiyyəti İdarə Heyətinin sədri Zərifə Salayeva təqdim edəcək. Minskdə yubiley kitab sərgisi “Kitab oxumaqla özünü qazanırsan” devizi altında keçiriləcək.

Azərbaycandan başqa, şərgi-yarmarkada daha 24 ölkə, o cümlədən Almaniya, Hindistan, İtaliya, Çin, Polşa, Slovakiya, ABŞ, Finlandiya, Türkiyə, Fransa və bir sıra MDB dövlətləri iştirak edirlər.