Rusiyanın məşhur "Modny dom" agentliyi 2018-ci ilin "Ən seksual qadını" siyahısını hazırlayıb. Siyahıya 20 tanınmış xanım daxil edilib.

Axşam.az-ın məlumatına görə, Avropada və Yaxın Şərqdə məşhur olan bu agentliyin siyahısında azərbaycanlı model Nuridə Əliyeva da yer alıb. Qeyd olunub ki, Nuridə daim öz üzərində çalışır və dünyaca məşhur dizaynerlərin dəfilələrinə qatılır.

N.Əliyevanın siyahıda yer almasına səbəb məşhur kişi dərgisi "XXL"də çılpaq fotolar çəkdirməsi olub.

"Top 20"də Nuridə ilə yanaşı model Viktoriya Odinsova, Diana Melison, fitnes-məşqçi Aliona Hilt də yer alıblar.

 
 
 
 
 
 


                   

Digər Xəbərlər