Yayın ən sevilən "bronze" makiyajı

Yayın ən sevilən "bronze" makiyajı
1506 dəfə oxunub
  • A-
  • A
  • A+

Gündə qaralma effekti yaratmaq həmişə uğurludur: o, dərini canlı və təravətli göstərir. Lakin bunu elə etmək lazımdır ki, makiyaj üzdə ifrat dərəcədə görünməsin.

Axşam.az xarici KİV-ə istinadən bronze makiyaj etmək üçün məsləhətlər təqdim edir:

1. Əvvəlcə gözünün altına, burun və dodağın kənarlarına açıq rəngli korrektor çək.

2. «Bronze» makiyaj üçün sənə dəri rəngindən 2 dəfə tünd, yağlı olmayan tonal krem lazımdır. Üzünün digər hissələrinə tonal krem çək.

3. Burunun üstünə və çənəyə tünd kirşan çək.

4. Əgər makiyajının təbii görünməsini istəyirsənsə, onda gözün üstünü qara göz kölgəsi ilə solğun şəkildə rənglə.

5. Tuşu yalnız üst kirpiklərinə çək.

6. Yanaqlarına kərpic rəngli ənlik vur. Ənlik parıltılı olsa makiyaj daha təbii görünər.

7. Sonda rəngsiz dodaq parıltısını istifadə et.

8. «Bronze make up» zamanı göz qələmindən istifadə etmək olmaz.