Qadınlarla bağlı hər bir araşdırma kişilərin diqqətini çəkir. Onlar həmişə zərif cinsin nümayəndələri haqda mətnlər oxumağa can atırlar.

Axşam.az xarici KİV-ə istinadən alimlərin maraqlı araşdırmalarını təqdim edir:

Kaliforniya Universitetinin professorları 16 min qadın arasında apardıqları araşdırma nəticəsində sübut ediblər ki, ombası böyük olan xanımların övladları ağıllı olurlar. Çünki qadının ombasında çoxlu «Omeqa-3 turşusu» yığılır. Bu da hamiləlik vaxtı körpəyə ötürülür.

Qadınları günəşdə qaralmış kişilər cəlb edir. Toronto Universitetinin alimləri sübut ediblər ki, qadınlar belə kişiləri cəlbedici, ehtiraslı, ağıllı və güclü hesab edirlər. Amma kişilər əksinə, solğun və ağbəniz dərisi olan qızları xoşlayırlar. Təbii dəri rəngi sadəliyin, məsumluğun göstəricisidir.

Amerikalı araşdırmaçılar Qari Lev və Con Tounsend maraqlı bir təcrübə aparıblar. Onlar sübut ediblər ki, qadınlar bahalı paltar geyinən kişilərə daha çox fikir verirlər. Ekspertlərin apardıqları təcrübədə mindən çox qadın iştirak edib. Mütəxəssislər müxtəlif kişi şəkilləri qoyublar: bahalı, idman, adi iş geyimli kişilər. Qadınların əksəriyyəti bahalı paltar geyinən kişilərin şəkilini götürərək, «bu kişilər adamı ehtiraslandırır» cavabını veriblər.

Avstraliyada 1 milyondan çox qadın arasında maraqlı bir sorğu keçirilib. Ekspertlər müəyyən ediblər ki, qadınlar daha çox yumor hissi güclü olan kişilərə üstünlük verirlər. Qadınlar onları güldürən kişilərə qarşı daha ehtiraslı olurlar. Çünki gülüş xoşbəxtlik hormonlarını çoxaldır. Bu, həm də qadınların immunitetini artırır.



                   

Digər Xəbərlər