Bu gün Barış Mançonun doğum günüdür

Bu gün Barış Mançonun doğum günüdür
779 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Türkiyənin məşhur ifaçısı Barış Mançonun  doğum günündür.

O, 1943-cü ildə İstanbulda dünyaya gəlib, 1999-cu ildə elə orada vəfat edib.

Yazdığı vəsiyyətdə ifaçı öldüyü günün deyil, doğum gününün xatırlanmasını istəyib. Milyonlarla insanın böyük qardaşı olan Barış Manço Türkiyədə rok musiqisinin qabaqcıllarından olub. Ali təhsilini Belçikada alan Manço 200-dən çox bəstənin müəllifidir. Bu mahnıların bir hissəsi sonralar ərəb, bolqar, alman, fransız, yapon, yunan və bir sıra dillərə tərcümə olunaraq ifa edilib. O, vəfat etməzdən öncə ömrünün 40 ilinə həsr etdiyi “40-cı il” mahnısını bəstələyib, lakin sözlərini yaza bilməyib. Bu mahnının da yer aldığı “Mançoloji” albomu 1999-cu ildə yayımlanıb və 2.6 milyon satılaraq rekord qırıb.