Bu ilin martında Alessandra Ambrosio sevgilisi Ceym Mazuroldan ayrılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlüyün 13 illik münasibətə son qoyması hər kəsi təəccübləndirmişdi.

Bu günlərdə isə Ambrosionun italyan iş adamı Nikol Oddi ilə eşq yaşadığı ortaya çıxıb. Model əvvəlcə xəbərləri təkzib edib. Ötən gün isə Kaliforniyada paparassilər cütlüyü küçədə görüntüləyib.

İlk dəfə obyektivə birlikdə tuş gələn sevgililər insanların içində qucaqlaşıb öpüşüblər. Küçədə əl-ələ gəzən cütlük artıq münasibətini gizlətməmək qərarına gəlib.

Qeyd edək ki, modelin ilk evliliyindən iki övladı var.

 
 
 
 


                   

Digər Xəbərlər