İngiltərənin Middlesbroug bölgəsində yaşıyan 17 yaşındakı Kairah Kelly özünü Kim Kardaşyana bənzətmək üçün 2 ildə 15 min funt sterlinqdən çox pul xərcləyib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Kairah transseksualdır. Kimə bənzəmək qərarı verəndə isə görünüşü oğlana bənzəyirmiş. Evin içində hər zaman dodaq boyası çəkib, hündürdaban ayaqqabıda gəzirmiş.

11 yaşına çatanda ailəsi onun biseksual olduğunu düşünüb. 15 yaşında isə Kairah transseksuallarla bağlı video izləyib və ondan sonra öz vəziyyətini anlayıb.

Ən böyük arzusu Kim Kardaşyan kimi olmaq olub və bunu xəstəxanada işləyən anasına deyib. İlk adını dəyişdirib, sonra saçlarını uzadıb. Daha sonra isə hormonal müalicəyə başlayıb. Beləcə, görünüşü getdikcə qadına bənzəməyə başlayıb.

2 il ərzində dodaqlarına dolğu etdirib, saçlarına qaynaq düzdürüb, belini incəltmək üçün günlərlə korset taxıb. Sinəsinə isə silikon qoydurub. Bütün bunların çox əziyyətli olduğunu deyən Kelly sonda peşman olmadığını açıqlayıb. O, pulu "Facebook"da məhsulları reklam edərək qazandığını bildirib.

6 aydan sonra isə o, cinsiyyətini dəyişdirmək üçün bir neçə əməliyyata girəcək.



                 

Digər Xəbərlər