Aktrisa Fidan Axundova yeni seriala çəkilir.

Axşam.az milli.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat verib. Fidan bildirib ki, yeni oynayacağı ekran işi dram janrındadır:

"ARB-də yayımlanacaq olan "Könül yarası" serialında baş rollardan birinə dəvət almışam. Nəhayət ki, tamaşaçılar məni 4 ildən sonra dram janrında görəcəklər. Serialın rejissoru Qulu Əsgərov, rəhbəri isə Rüstəm Əliyevdir. Serial tragik bir ailə-məişət dramıdır, sevgi hekəyəsindən bəhs edir. Ekran işində məndən başqa İbrahim Çingiz, Tural Baxış, Zarina Qurbanova və s. sənətçilər çəkilir".

Qeyd edək ki, F.Axundova sonuncu dəfə dram janrında "Pərvanələrin rəqsi" serialında çəkilmişdi. Aktrisa son illər komediya serialı olan "Bacanaqlar"da rol alır.



                 

Digər Xəbərlər