Müasir dövrün ən çox yayılmış xəstəlikləri sırasında birinci yerdədir. Qan damarlarının sərtləşməsi nəticəsində elastikliyini itirməsi ateroskleroz adlanır. El arasında «damar kirəcləşməsi» adı ilə tanınan bu xəstəlik zamanı qan damarlarının iç hissəsindəki hüceyrələr zəifləyir, qandakı yağlı maddələr və çöküntülər bir araya yığılaraq damarı darlaşdırır. Bu da qanın ürəyə və digər orqanlara yaxşı ötürülməsinə mane olur. Ateroskleroz infarktın, beyin qanamasının və beyin trobozunun başlıca səbəbkarıdır. Ayaq qanqrenalarının əksəriyyətinin yaranma səbəbi də elə damar sərtləşməsidir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşından sonra kişilərin 75, qadınlarınsa 38 faizində ateroskleroz aşkarlanır. 55-60 yaş arası kişilərdə isə bu rəqəmlər hətta 100 faizə qalxıb.

Xəstəliyin risk amilləri:
Xəstəliyin yaranmasına səbəb çox yağlı yeməkdir. Yağlar damarlarda yığışır və zamanla onu darlaşdırır. Eyni zamanda siqaret çəkən və spirtli içki içənlər də bu xəstəliyə yoluxurlar. Şəkər xəstələri, artıq çəkidən əziyyət çəkənlər, az hərəkətlilik, xəstəliklərə irsi meyilliyi olanlar, düzgün qidalanmayanlar da risk amilləri sırasındadır.

Əlamətləri:
· Baş gicəllənməsi
· Başağrısı
· Titrəmə
· Yeriyərkən ayağın səndirləməsi
· Yaddaşın zəifləməsi
· Əsəbilik
· Damarın sərtləşdiyi bölgələrdə ağrıların olması
· İnsult

Xəstəliyə qarşı profilaktik tədbir:
Kərə yağı, qoyun əti yemək olmaz. Hər gün mütləq tərəvəz yeyilməlidir. İdmanla məşğul olmaq vacibdir. Gündə bir dəfə 1 stəkan qreypfrut şirəsi için.



                   

Digər Xəbərlər