Xalq artisti Türkiyədə tanınmaq istəyənlərə: "Uğur qazana bilməzsən"

Xalq artisti Türkiyədə tanınmaq istəyənlərə:  "Uğur qazana bilməzsən"
1081 dəfə oxunub
  • A-
  • A
  • A+

"Əgər sən Türkiyəyə gəlib arabesk oxuyacaqsansa, heç cür uğur qazana bilməzsən. Çünki Türkiyənin min arabesk ifaçısı var, sən də min birinci olacaqsan. Ona görə də öz musiqini, öz mədəniyyətini təbliğ etməlisən ki, daha böyük maraq görəsən".

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Əlixan Səmədov "Bakı gecələri" verilişində deyib. Türkiyədə yaşayan balaban ifaçısı qardaş ölkədə tanınmaq istəyən müğənnilərimizdən danışıb. O, ifaçıların seçimlərinin yanlış olduğunu söyləyib.

Ə.Səmədov ulduz xəstəliyinə tutulan sənətçilərdən söz açıb:

"Sadə, səmimi və dürüst olmalısan. Mən burada necəyəmsə, evdə də, kamera sönəndən sonra da eləyəm. Əgər kimsə yolda sizi tanıyıb salam verirsə, uzaqdan başınla salamlaşmayacaqsan, özün yaxınlaşıb görüşəcəksən. Çünki biz həmin tamaşaçılara görə varıq. Sosial şəbəkələrdə də beləyəm. Kimsə nəsə yazırsa, soruşursa, cavab verirəm".