Britni Spirs keçmiş ərinə 110 min ödədi

Britni Spirs keçmiş ərinə 110 min ödədi
784 dəfə oxunub
  • A-
  • A
  • A+

Artıq bir neçə ildir ki, Britni Spirslə keçmiş əri Kevin Federlayn arasında uşaqları üçün ödənilməli olan aliment davası davam edir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən il keçmiş əri uşaqlar üçün hər ay 20 min dollar alırdı. Bu isə onun üçün azlıq edib. Fevralda o, məhkəməyə müraciət edərək uşaqların böyüdüyünü, xərclərin çoxaldığını və alimentin iki dəfə çoxaldılmasını tələb edib.

Ataları ilə qalan 12 yaşlı Şon və 11 yaşlı Preston üçün edilən bu tələbi məhkəmə geri çevirib. Bununla razılaşmayan Kevin yenidən məhkəməyə üç tutub və alimentin üç dəfə çoxaldılmasını, yəni 60 min dollar edilməsini istəyib.  

Bu gün isə məlum olub ki, Britnini keçmiş ərinə 110 min dollar ödəməyə məcbur ediblər. Federlayn isə bu məbləği yetərli hesab etmir. O, deyib ki, Spirs bir ildə 35 milyon dollar qazanır. Uşaqlarının yüksək həyat tərzi keçirməsi üçün onlara ayda 35 mindən çox ödəməlidir.

Qeyd edək ki, 2008-ci ildə məhkəmə müğənninin övladlarına baxa bilməyəcəyi qərarını verib və uşaqları atasının himayəsində yaşayırlar. Buna görə də onların bütün xərcini Britni ödəyir.