Qurban bayramında Qəbələdə konsert olacaq

Qurban bayramında Qəbələdə konsert olacaq
1134 dəfə oxunub
  • A-
  • A
  • A+

Avqustun 21-23-də Azərbaycan Milli Konservatoriyası, Heydər Əliyev Konqres Mərkəzinin birgə təşkilatçılığı ilə Qəbələ rayonunda “Qurban bayramı” münasibətilə konsert proqramı təqdim olunacaq.

Konservatoriyadan Axşam.az-a bildirilib ki, konsertin ilk günü əməkdar artist Təyyar Bayramov maraqlı ifaları ilə qonaqların görüşünə gələcək.

Konsertdə xanəndəni əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov müşayiət edəcək. Həmçinin xanəndənin tələbələrinin çıxışları nəzərdə tutulub.

Konsertin ikinci günü xalq artistləri Mənsum İbrahimovun, üçüncü günü isə Azər Zeynalovun solo çıxışı təşkil olunacaq.